Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
Norveçdə pulsuz təhsil

Norveçdə pulsuz təhsil

Sonuncu yenilənmə tarixi: 11 ay öncə

Norveçdə pulsuz təhsil barədəki məqaləmdə toxunmaq istədiyim əsas məsələ Norveçin təhsil sistemi, təhsil haqları və depozitlə bağlı olacaqdır.

2023-cü ildən etibarən yeni qaydalara əsasən Norveç universitetlərində təhsil almaq istəyən xarici tələbələr təhsil haqqı ödəməlidirlər.

Norveçin təhsil sistemi

Orta məktəb

Norveçin orta məktəb müddəti Azərbaycanın 11 illik tam orta məktəbindən daha çoxdur. Nəticə etibarı ilə, Azərbaycanda 11 illik orta məktəbi bitirən şagirdlər birbaşa bakalavra başlaya bilməzlər. Norveçdə bakalavr təhsilinə birbaşa başlamaq üçün əlavə 1 illik təhsil də tələb olunur. Bu bir illik boşluğu Norveçdə “foundation” proqramı keçməklə və ya Azərbaycanda universiteti 1 kurs bitirməklə tamamlamaq olar.

Ali təhsil sistemi

Norveçin ali təhsil prinsipləri isə Bolonya sisteminə əsaslanır. Yəni, bakalavr 3, magistratura 2, doktorantura isə 3 illikdir. Yadda saxlamaq lazımdır ki, Norveçin dövlət universitetlərində bakalavr təhsili əsasən yerli dildədir və ingilis dilində çox az sayda proqram tapmaq mümkündür. Magistratura və doktorantura proqramları isə bir qədər genişdir. Ən ciddi sıxıntı isə qəbul qəbul şərtləri və şansı ilə bağlıdır. Təhsilin keyfiyyəti, yaşam standartlarının yüksək və dövlət univeristetlərinin pulsuz olması qəbul məsələlərində ciddi şəkildə rəqabət yaradır. 

Norveçdə təhsil haqları

Norveçdə dövlət universitetlərində təhsil haqqı yoxdur. Təhsil haqqının olmaması həm bakalavr, həm magistratura, həm də doktorantura proqramları üçün keçərlidir. Norveçin özəl univeristetlərində təhsil haqqı var və kifayət qədər bahadır. Məsələn, Norveç Biznes Məktəbində Biznes analitik üzrə magistratura proqramının 1 illik təhsil haqqı 10,100 avrodur. Dolayısıyla, diqqət olunası əsas məqam isə universitetin statusu (dövlət və ya özəl olması) ilə bağlıdır.

Norveç vizası üçün depozit

Almaniyada ödənişsiz təhsil barədə yazdığım məqalədəki qeydlərim, demək olar ki, Norveç üçün də keçərlidir. 2023-24 akademik ilində Norveçin 1 illik təhsil vizasını almaq üçün minimal olaraq 137,907 Norveç kronu (≈22,360 AZN) məbləğində depozit tələb olunur. Eynilə Almaniyada olduğu kimi Norveçdə də dövlət tələbənin sıxıntısız yaşayacağına viza verilməmişdən öncə əmin olmaq istəyir.

Müraciət şərtləri və tarixi

Norveçin dövlət universitetləri üçün minimal tələblərə cavab verməyi asan məsələlərdən hesab etmirəm. Özəl universitetlərdə qəbul bir qədər rahat olsa da, eyni şeyləri dövlət universitetləri üçün demək çətindir. Məsələn, Norveç və dünyanın ən yaxşılarından hesab olunan Oslo Universitetində İqtisadiyyat üzrə magistratura proqramına müraciət üçün ən azı IELTS 6,5 (və ya ekvivalenti) və GRE/GMAT kimi nəticələr də tələb olunur. Əgər tələbə öz təhsilini Norveçin dövlət universitetlərində hədəfləyirsə, qiymətlərinə (ideal olaraq, 80+) və dil biliklərinə ciddi şəkildə önəm verməlidir.

Müraciət tarixinə gəlincə isə Norveç universitetləri adətən 2 tarix tətbiq edir. Sadəcə bizim üçün keçərli olan tarix Avropa İttifaqı və Avropa İqtisadi Bölgəsinin vətəndaşlarına tətbiq edilən tarixdən fərqlidir. Bu baxımdan, saytlarda qeyd olunan tarixlər tələbələri çaşdırmalı deyil. Universitetlər (məsələn, Oslo, BergenNord) 3-cü dövlətin (qeyri-Aİ, AİB) vətəndaşları tərəfindən olunan müraciətləri adətən dekabrın 1-nə qədər yekunlaşdırırlar. Dərslər isə adətən avqust ayında başlayır.

Norveçdə təqaüd imkanları

Norveçin dövlət universitetlərində təhsil haqqı olmadığı üçün təqaüd imkanları geniş deyil. Təqaüd şansları olsa da, bu proqramlar adətən maddi cəhətdən çox kasıb ölkələrin vətəndaşları üçün nəzərdə tutulur. Azərbaycan vətəndaşları üçün isə hal-hazırda hər hansı bir təqaüd proqramı mövcud deyil. Ola bilsin ki, gələcək illər üçün Təhsil Nazirliyi və ya Dövlət Neft Şirkəti bu ölkədə təqaüd məsələləri üçün davamlı bir addım atsın.

Yekun

Norveçdə pulsuz təhsil barədə qeyd olunanlara əlavə olaraq, Norveçin tələbələr üçün yaratdığı iş şəraiti ilə bağlıdır. Məsələn, Norveçdə bakalavr və ya magistratura təhsilinə başlayan tələbələrə həftəlik 20 saat olmaqla işləməyə icazə verilir. Yəni, tələbə çox rahat şəkildə hansısa bir şirkətlə müqavilə imzalaya və təhsil alarkən işləyə bilər. Doktorantura pilləsi isə iş və təhsili bir yerdə birləşdirdiyi üçün adətən doktorant tələbə maaş alır. Maaşın miqdarı isə ixtisas və görülən işlərə görə dəyişə bilər.

Paylaşmaq istəyirəm