Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
Macarıstan təhsil vizasına müraciət qaydaları

Macarıstan təhsil vizasına müraciət qaydaları

Sonuncu yenilənmə tarixi: 3 ay öncə

Macarıstan təhsil vizasına müraciət qaydaları haqqında məqaləmə başlamamışdan öncə qeyd edim ki, bu ölkənin Azərbaycandakı səfirliyində görüş günü almaq çox qəliz məsələdir. Qəlizlik əsasən bununla bağlıdır ki, səfirlik görüş gününü qısa vaxt ərzində təyin edə bilmir.

Macarıstan Şengen zonanın da üzvü olduğu üçün, bu viza ilə digər üzv ölkələrinə səyahət etmək və həmi ölkədə 90 günə qədər problemsiz yaşamaq olar.

Tələb olunan sənədlər

Sənədlərlə bağlı tələbləri adətən mən, 2 hissəyə ayırıram. Əsas sənədlər hansı ki, səfirlik bu sənədləri mütləq tələb edir və dəstəkliyici sənədlər hansı ki, bəzi hallarda istənilir və ya verilməsi arzuolunandır.

Əsas sənədlər

İlk öncə istərdim ki, Macarıstan səfirliyində viza müraciəti üçün tələb olunan əsas sənədlərə baxaq.

  1. Pasport
  • Xarici pasportun bitmə tarixinə minimum 15 (vizanın son günü + 3 ay) ay qalmalıdır;
  • 2 boş səhifəsi olmalıdır;
  • 1 ədəd sadə surəti (əsas, son 3 ilin şengen vizaları (əgər varsa), ölkələrə giriş-çıxış möhürləri olan səhifələr) çıxarılmalıdır.
  1. Şəxsiyyət vəsiqəsi
  • 1 ədəd sadə surəti çıxarılmalıdır.
  1. Milli viza üçün ərizə forması
  1. Ərizə üçün rəngli fotoşəkil
  • 2 ədəd tələb olunur;
  • Ölçüləri 3.5×4.5 sm, ağ fonda və biometrik olmalıdır;
  • Ən köhnə halda 6 ay ərzində çəkilməlidir.
  1. Tibbi sığorta
  • Sığorta məbləği 30.000 avro hesablanmalıdır;
  • Müraciətçinin Macarıstandakı ilk 30 gününü əhatə etməlidir;
  • 1 ədəd sadə surəti çıxarılmalıdır.
  • Bütün Şengen ölkələri üçün (bax: Şengen zona) keçərli olmalıdır;
  1. Maliyyə dəstəyinin sübutu
  • Maliyyə sənədləri qeyd olunan variantların biri (və ya bir neçəsi) ilə sübut oluna bilər:
    • təqaüd qazanılması barədə məktubla;
    • sponsor tərəfindən verilmiş zəmanət məktubu ilə;
    • bank hesabı və həmin hesaba minimal məbləği (2024-cü il üçün minimum 11000 ABŞ dolları) mədaxil etməklə və iş yerindən arayış (maaş və vəzifə qeyd olunmaqla) verilməklə;
      • Tələbə, işləmirsə, gəlirləri olan şəxs (ata, ana və s.) sponsorluq üçün notarial qaydada arayış verməli və iş yerindən arayış (maaş və vəzifə qeyd olunmaqla) hazırlamalıdır;
    • müntəzəm gəlirləri sübut edən digər (məsələn, daşınmaz əmlak kirayəsi, səhm gəlirləri və s.) sənədlərlə.
  • Bank və ya kart hesabından son 6 ayın çıxarışı;
  • Sənəd (və ya sənədlər) ingilis dilində deyilsə, ingilis dilinə notarial tərcümə olunmalıdır.
  1. Qəbul məktubu
  • Universitet tərəfindən göndərilmiş yekun qəbul sənədi;
  • Təhsilin başladığı tarixi, ödənişin olunduğu haqda məlumatı (əgər təhsil ödənişlidirsə) əks etdirməlidir.
  1. Uçuş biletinin bronu
  • Təktərəfli təyyarə bilet bronu.
  1. Yaşayış yeri barədə sənəd
  • Yataqxana, kirayə ev və ya otel bron sənədi.
  1. 18 yaşına çatmamış tələbələr üçün
  • Tələbənin doğum haqqında şəhadətnaməsi
    • İngilis dilinə notarial tərcümə olunmalıdır;
    • 1 ədəd sadə surəti çıxarılmalıdır.
  • Maddi öhdəlik üçün ərizə
    • Maddi öhdəlik ərizəsi adına bank hesabı açılmış hər hansı bir valideyn tərəfindən notarial qaydada verilməlidir;
    • İngilis dilinə notarial tərcümə olunmalıdır;
    • Əsli və 1 ədəd surəti təqdim olunmalıdır;
    • Bax: arayışın nümunə forması.
  • Ölkə ərazisinə sərbəst səyahət və ölkə ərazisində yaşamaqla bağlı ərizə
    • Hər iki valideyn tərəfindən notarial qaydada verilməlidir;
    • İngilis dilinə notarial tərcümə olunmalıdır;
    • Əsli və 1 ədəd surəti təqdim olunmalıdır;
    • Bax: arayışın nümunə forması.
  • Valideynlərin şəxsiyyətlərini təsdiq edən sənəd
    • Valideynlərin şəxsiyyət vəsiqələrinin və ya pasportlarının əsli və 1 ədəd surəti təqdim olunmalıdır.

Dəstəkləyici sənədlər

  1. Dil biliyinin sübutu
  • Beynəlxalq dil sertifikatının əsli və surəti (əgər varsa);
  • Əvvəlki təhsilin ingiliscə alınması ilə bağlı arayışın əsli və surəti (əgər varsa).
  1. Əvvəlki təhsilin sənədləri
  • Bakalavr üçün attestat, magistratura oxuyacaq tələbələr üçün isə bakalavr diplomu (və ya arayış) və diplom əlavəsi (və ya transkript) hazırlanmalıdır;
  • Yalnız attestat, original diplom və original əlavəsi 5 saylı ASAN xidmət mərkəzində Xarici işlər nazirliyi (Konsulluq xidmətləri) tərəfindən apostil şəhadətnaməsi ilə təmin olunmalıdır;
  • İngilis dilinə notarial tərcümə olunmalıdır;
  • 1 ədəd sadə surəti çıxarılmalıdır.
  1. Təhsil haqqının ödəniş sənədi
  • Təhsil haqqının ödənişini sübut edən bank sənədinin əsli;
  • 1 ədəd surəti çıxarılmalıdır.

Görüş günün götürülməsi

Görüş gününün götürülməsi üçün proses 2 addımdan ibarətdir.

Addım 1. consular.bku@mfa.gov.hu poçt adresinə təhsil məlumatları və pasport nömrəsi yazılaraq və viza üçün tələb olunan sənədlər də göndərilən e-poçta əlavə olunaraq görüş günü istənilir. Sənədlər ayrı-ayrı fayllarda (məsələn, bir PDF faylında pasport, digər faylda doldurulmuş viza müraciət ərizəsi və s.) və PDF S formatda olmalı və ümumi ölçüsü 8 MB-ı keçməməlidir.

Addım 2. Səfirlik görüş gününü və saatını təsdiq edən e-poçt göndərərir. Eynilə, çatışmayan və ya səhv hazırlanmış sənədi qeyd olunan görüş gününə qədər hazırlanması tələb edir.

Əlavə qeydlər

  • Viza müraciəti zamanı Macarıstanın Azərbaycandakı səfirliyində şəxsi iştirak tələb olunur;
  • Səfirlik əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır;
  • Vizanın cavablandırılması üçün müddət 2 həftədən 1 aya qədər çəkə bilər;
  • Səfirlik viza qərarı verilənədək pasportu özündə saxlayır, yəni vizaya müraciət olunduqda, ərizəçi pasportunu geri götürə bilməz;
  • Viza müraciəti üçün sənədlərin tam şəkildə təqdimatı vizanın müsbət qərarlandırılacağına zəmanət vermir;
  • Səfirliyin rüsumu istənilən halda geri qaytarılmır.

Ünvan və əlavə məlumatlar

Ünvan: İçəri Şəhər, Mirzə Mənsur küç. 72, Bakı AZ1004, Azərbaycan

Əlaqə nömrəsi: 0124974579 (B.e.-C.a. 14.00-16.30, C. 10.00-14.30)

Veb səhifə: https://baku.mfa.gov.hu/aze/page/mqsd-thsil

Paylaşmaq istəyirəm