Sonuncu yenilənmə tarixi: 8 ay öncə
Latviyanın dövlət təqaüdü haqqında yazıma başlamamışdan öncə istərdim ki, ölkə haqqında bir neçə məlumatı sizinlə bölüşüm.
Latviya Baltikyanı ölkələr içərisində ikinci ən böyük ölkə hesab olunur. Ölkə 2004-cü ildən həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür. Şengen üzvü olduğuna görə, Latviya vizası ilə digər 25 ölkəyə vizası səyahət etmək mümkündür. Universitetlərə gəlincə isə, Latviya Universiteti, Riqa Texniki Universitet, Riqa Stradin Universiteti ölkənin ən yaxşı təhsil müəssisələrindən hesab olunur.
Təqaüdün maliyyə əhatəsi
Latviyanın dövlət təqaüd proqramı, bakalavr tələbələri üçün 500 avro (10 ay) və magistratura tələbələri üçün aylıq 600 avro (10 ay), doktorantura tələbələri üçün isə aylıq 700 avro (11 ay) stipendiyanı təmin edir. Yadda saxlamaq lazımdır ki, bu təqaüd proqramı təhsil haqqını əhatə etmir, yəni tələbə təhsil haqqını özü ödəməlidir.
Xüsusi qeyd
Təqaüd proqramına bakalavr üçün müraciət edən namizədlər, mütləq 1-ci kursu bitirməlidirlər. Yəni, məktəbin son sinfində oxuyan şagirdlər təqaüd proqramına birbaşa müraciət edə bilməz.
Tələb olunan sənədlər
- Universitet tərəfindən göndərilmiş və formaya uyğunqəbul məktubu.
- Europass formatında hazırlanmış CV.
- Latviyada və ya Azərbaycanda ixtisas ilə əlaqəli işlər, profesional təcrübə, elmi konfranslarda və ya beynəlxalq layihələrdəki iştirak əsasında yazılmış motivasiya məktubu.
- Diplom və diplom əlavəsinin tərcümə/təsdiqi sistemə yüklənməlidir. Əgər tələbə hələ də təhsilini başa vurmayıbsa, bu zaman son 2 semestrin qiymət çıxarışı bəs edir.
- Tələbəyə aid olan akademik işçilərin (müəllim, dekan, kafedra rəhbəri və s.) son altı ay ərzində yazdığı və imzaladığı 2 tövsiyə məktubu.
- Təhsil müddəti ərzindəki təhsil planı.
- Dil biliyini göstərən hər hansı bir sertifikat və ya ingiliscə təhsil haqqında arayış.
- Pasportun skan versiyası.
Müraciət qaydaları
Bütün sənədlər hazır olduqdan sonra, müraciət üçün onlayn sistemdə qeydiyyatdan keçmək və bütün sənədələri sistemə yükləmək lazımdır. Təqaüdə müraciət üçün sistem adətən fevralın 1-dən açıq elan olunur. Son müraciət tarixi isə aprelin 1-dir. Təqaüdün nəticələri iyun isə ayında həm sistemdə göstərilir, həm də e-poçt vasitəsilə bildirilir.
Diqqət
Tələbələr eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemini də müraciətlərini təsdiq etməlidirlər. Nazirliyin sistemində qeydiyyat aparmayan tələbələrin müraciətləri keçərli sayılmır.
Qiymətləndirmə şkalası
Namizədlər rəsmi saytda qeyd olunan cədvələ əsasən qiymətləndirilir.
No. | Keyfiyyətin qiymətləndirilməsi meyarları | Maksimum xal sayı |
1. | Qiymətlərin ortalama balı (GPA) |
5 |
2. | Təhsilin namizədin bilik və profesional bacarıqlarını necə inkişaf etdirəcəyini və Latviyada oxumaq motivasiyasını izahı | 5 |
3. | Namizədin təhsildən əlavə amma ki, ixtisasına aid olan fəaliyyəti (beynəlxalq layihələrdə iştirak, tədqiqat işlərində fəliyyət və s.) | 5 |
4. | Namizəd Latviya və Baltik filologiyası, Latviya ədəbiyyatı və mədəniyyət və ya Latviya tarixi sahəsində təhsil almaq üçün müraciət edirsə | 5 |
Ümumi bal | 20 |
Əlavə məlumat üçün link: