Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
İtaliyada təqaüdlə: IYT

İtaliyada təqaüdlə təhsil: IYT

Sonuncu yenilənmə tarixi: 1 il öncə

İtaliyada təqaüdlə təhsil: IYT adlı məqaləmdə bir sıra önəmli məqamlara toxunacağıq. İtaliyada təqaüdlə təhsil almaq istəyən tələbələr proqrama kimlərin müraciət edə bilməsi, müraciət tarixləri və prosedur haqqında məlumatları öyrənə biləcəklər.

Təqaüd üçün əsas kriteriyalar

Əslində, kriteriyaları bir neçə hissəyə bölmək mümkün olsa da, istərdim ki, qısaca əsas məqamlara toxunum.

Təqaüd proqramı tələbəni təhsil haqqından azad edir və onu 9 ay, aylıq 900 avro stipendiya (illik 8,100 avro) ilə təmin edir. Tələbə, digər xərcləri (məsələn, təyyarə bileti, aylıq yataqxana ödənişi, sığorta və s.) özü ödəməlidir. Dolayısıyla, təqaüd yalnız təhsil haqqı və aylıq stipendiya ilə məhdudlaşdırılır.

Təqaüd üçün istənilən proqrama müraciət etmək mümkün deyil. Seçimlər https://investyourtalentapplication.esteri.it/SitoInvestYourTalentApplication/corsi.asp keçidi üzərindən olunmalı və İtaliya universitetlərinin birində magistratura proqramını  (və ya 1 illik magistratura dərsləri) əhatə etməlidir. Təqaüdə müraciət zamanı universitetdən qəbul (və ya ilkin qəbul) sənədi tələb olunmur. Dolayısıyla, qəbul sənədi daha sonra da əldə oluna bilər.

Yaş limiti olduğu üçün bu şərtə diqqət etmək lazımdır. Namizədlərin təqaüd proqramına müraciətinə qədər (məsələn, 2023-cü ilin 3 mart tarixi) 26 yaşı olmamaları tələb olunur. Tələbələrin ən azı B2 səviyyəsində beynəlxalq ingilis dili sertifikatına sahib olmaları da tələb olunur. Əsas nüans budur ki, həmin dil sertifikatının balı müraciət olunmuş universitet üçün də keçərli olsun. İtalyan dilini bilmək tələbi yoxdur, lakin seçim zamanı əlavə üstünlük naminə sistemə yüklənilə bilər.

Tələb olunan sənədlər

Təqaüd üçün tələb olunan sənədlər adətən dəyişməz olaraq qalır. İlk öncə qeyd edim ki, bütün sənədlər PDF formatda olmalı və hər bir sənəd 1 MB ölçünü, video 10 MB ölçünü keçməli deyil. Tövsiyə olunan brauzerlər isə Mozilla Firefox və Microsoft Edge-dir. Təbii ki, əlavə sənədlərin tələb olunması da mümkündür.

Adətən tələb olunan sənədlər aşağıdakılardır:

  • *Diplom və əlavəsi (apostilli və ingilis dilinə notarial tərcümə ilə);
  • 1 dəqiqədən artıq olmayan motivasiya videosu;
  • CV/Resume;
  • İngilis dili sertifikatı;
  • İtalyan dili sertifikatı (məcbur deyil, əgər varsa);
  • Xarici pasport.

* Təəssüf ki, hal-hazırda universitetin son ilində təhsil alan tələbələr bu proqrama müraciət edə bilməz. Proqrama müraciət üçün universiteti tam bitirmək və original diplom və əlavəsini əldə etmək şərtdir. Təqaüdün son müraciət tarixinə qədər diplomunu ala bilməyən məzunlar isə bitirmə haqqında (məzunluq haqqında) arayışla müraciət edə bilərlər. Arayışda universitetin bitirilməsi və yalnız diplomu əldə etməyinizi gözləməklə bağlı xüsusi bir qeyd olmalıdır.

Müraciət qaydası və tarixlər

IYT təqaüd proqramına müraciətlər proqramın rəsmi saytı hesab olunan https://investyourtalentapplication.esteri.it/ keçidi üzərindən gedir. Sistem adətən dekabr-yanvar aylarından açılır və təqaüdə müraciət üçün son tarix adətən təhsil başlayacaq ilin fevral-mart aylarına təsadüf edir. Təqaüdün cavabları (nəticədən asılı olmayaraq) adətən iyun ayının sonuna qədər sistemdə qeyd olunan şəxsi e-poçta bildiriş ilə göndərilir.

Təqaüdə müraciət zamanı yalnız 1 ixtisas seçilməlidir. Əgər ki, proqram limitli tələbə qəbul edirsə (italyanca “numero chiuso”), bu halda ikinci ixtisas seçilə bilər. Fors-major halları istisnsa, stipendiya 3 aydan bir (3 ay bir dəfəlik, aylıq 800 avro) tələbənin italyan bank hesabına köçürülür. Birinci köçürmə (2,400 avro) adətən 1 oktyabrda olunur.

Qeydlər

İtaliya – IYT təqaüd proqramı haqqında hazırladığım faylda bir çox sulların cavablarını öyrənə bilərsiniz. Eyni zamanda, https://investyourtalentapplication.esteri.it/SitoInvestYourTalentApplication/documents.asp keçidi üzərindən də tam və ətraflı məlumat da mümkündür.

Paylaşmaq istəyirəm