Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
İtaliyada təqaüdlə magistratura və doktorantura təhsili MAECI

İtaliyada təqaüdlə magistratura və doktorantura təhsili: MAECI

Sonuncu yenilənmə tarixi: 12 ay öncə

İtaliyada təqaüdlə magistratura və doktorantura təhsili: MAECI İtaliyada təhsil almaq üçün təklif olunan əsas 4 təqaüd proqramından biridir. 4 təqaüd proqramından söz açmışkən qeyd edim ki, bunlardan ən çox yayılanı və daha rahat veriləni regional təqaüd proqramı, digərləri isə Invest Your Talent in Italy və universitetlərin öz daxili təqaüd proqramlarıdır. Sözü uzatmadan keçək MAECI proqramı haqqındakı yazımıza.

Müraciət üçün əsas kriteriyalar

MAECI proqramı ilə İtaliyada təqaüdlə təhsil almaq istəyən namizədlər qeyd olunan istiqamətlərin birindən seçim etməlidirlər və təqaüdün verilə biləcəyi müddəti və digər əsas tələbləri də nəzərdə saxlamalıdır.

Magistratura üzrə

Magistratura proqramları üzrə təqaüd 6-9 aylıq müddətə verilir. Əgər ki, tələbənin seçdiyi ixtisas qabiliyyət imtahanı tələb edirsə və qəbul qərarı yalnız bu imtahandan sonra bilinərsə, o zaman https://www.universitaly.it/ saytı üzərindən Pre-enrollment sənədi mütləq əldə olunmalıdır. Sənədi almaq üçün müraciət qaydalarını isə bu məqaləmdə öyrənə bilərsiniz.

Magistratura proqramları üzrə müraciət edən namizədlərin  son müraciət tarixinə qədər 29 yaşı tamam olmalı deyil. İngilis və ya italyanca təhsil almaq seçimi sərbəst olsa da, ən azı B2 səviyyədə olan dil biliyini göstərən sertifikata sahib olmaq mütləqdir. Yeganə istisna odur ki, əvvəlki təhsili ingiliscə və ya italyanca olan namizədlər sertifikat əvəzinə arayış ilə müraciət edə bilərlər.

Doktorantura və tədqiqat layihələri üzrə

Doktorantura proqramları və tədqiqat layihələr üzrə təqaüd də 6-9 aylıq müddətə verilir. Namizədin doktoranturaya qəbul olmaqla bağlı sənədinin olması əsas şərtdir. Tədqiqat layihəsinə müraciət etmiş namizədlər, elmi rəhbərin adı və əlaqə vasitələri də (e-poçt ünvanı) qeyd olunan tədqiqat layihəsini və universitetin dəvət məktubunu hazır etməlidirlər. Bu istiqamət üzrə (doktrantura və tədqiqat üçün) müraciət edən namizədlərdən dil biliyini göstərən sertifikat tələb olunmur. Doktorantura proqramları üzrə yaş limit 31 və tədqiqat layihələri üzrə isə 41-dir, yəni son müraciət tarixinə qədər bu yaşlar tamam olmalı deyil.

İtalyan dili və mədəniyyəti üzrə təkmilləşdirmə kursları

Bu qrantlar yalnız universitetdə və ya İtaliya Mədəniyyət İnstitutunda italyan dili kursuna getmək istəyən tələbələrə 3 ay müddətinə verilir. Namizəddən italyan dilini ən azı A2 səviyyəsində bildiyini göstərən bir sertifikat təqdim etməsi tələb olunur. Magistratura proqramında olduğu kimi namizədlərin yaşı son müraciət tarixinə qədər 29 olmalı deyil.

Tələb olunan sənədlər

Namizədlərdən bir o qədər çox sayda sənəd toplamaq kimi tələb yoxdur, düzü. Əsas sənədlərə aiddir: xarici pasport, diplom və əlavəsi, dil biliyini göstərən sertifikat, CVmotivasiya məktubu. Bu standart sənədlərə əlavə olaraq, yuxarıda qeyd etdiyim kimi, qabiliyyət imtahanı tələb edən magistratura ixtisasları üçün Pre-enrollment sənədi və İtaliayda tədqiqat layihəsi üçün isə elmi rəhbərin adı və əlaqə vasitələri də (e-poçt ünvanı) qeyd olunan tədqiqat planı (və ya layihəsi) və universitetin dəvət məktubu da əlavə olunmalıdır.

Təqaüdün maliyyə əhatəsi

MAECI təqaüd proqramı tələbənin İtaliyada qaldığı müddətdə aylıq 900 avro stipendiya, sağlamlıqtibbi sığorta ilə təmin edir. 900 avroluq aylıq stipendiya hər ay yox, rüblük formada (1/4) yalnız italyan banka hesabına köçürülür. Bu təqaüd formasında tələbə təhsil haqqından azad ola bilər (universitetin qərarından asılıdır), amma ki, regional rüsumlar mütləq tələbə tərəfindən ödənməlidir. İstisna hal kimi, italyan dil kursu ilə təqaüd qazanan tələbələr isə mütləq şəkildə təhsil haqqı və regional rüsumu (hər ikisini) ödəməli olacaqlar.

MAECI İtaliyanın digər dövlət, eləcə də, regional təqaüd proqramları ilə uyğun deyil. Yəni, MAECI-ni qazanan tələbə, regional təqaüd proqramına müraciət edə bilməz. Eramus və Erasmus+ kimi proqramlarla uyğunluq olsa da, tələbə İtaliyada olmadığı müddətdə təqaüdü ala bilməz.

Müraciət qaydası və tarix

Bütün sənədləri tam hazırlayan namizədlər https://studyinitaly.esteri.it/en/login linki üzərindən hesab açmalı, şəxsi və təhsil alacağı universitet, şəhər və ixtisas barədə məlumatları sistemdə qeyd etməlidir. Daha sonra isə tələb olunan sənədlər sistemə yüklənməli və müraciət təsdiq olunmalıdır. 2022-ci ildə təhsilini təqaüdlə almaq istəyən namizədlər 09  iyun 2022-cü ilə qədər müraciətlərini yekunlaşdırmalıdırlar.

Qaliblərin siyahısı və mümkün olduğu halda, rezervə düşən namizədlərin siyahısı İtaliyanın Azərbaycandakı səfirliyinin rəsmi saytında elan olunacaqdır. Eyni zamanda, yalnız qaliblər yuxarıdakı müraciət portalında bu barədə məlumat əldə edəcəklər.

Əlavə məlumat üçün

Elan: https://www.esteri.it/wp-content/uploads/2023/05/CALL-FOR-APPLICATIONS-MAECI-GRANTS-A.Y.2023-2024-ENG.pdf

Əlavə məlumat üçün: https://www.esteri.it/en/opportunita/borse-di-studio/per-cittadini-stranieri/borsestudio_stranieri/

İtaliyanın Azərbaycandakı səfirliyi: https://ambbaku.esteri.it/ambasciata_baku/az/