Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Search in posts
post
page
Search in pages
Böyük ölçülü faylların paylaşılması

Böyük ölçülü faylların paylaşılması

Sonuncu yenilənmə tarixi: 2 il öncə

Böyük ölçülü faylların paylaşılması

Bəzi hallarda dostlarımız, iş yoldaşlarımız və s. insanlarla kompüter və ya telefonumuzda olan böyük ölçülü faylların paylaşılmasına ehtiyac olur. Aydın məsələdir ki, bu gün WhatsApp kimi proqram və ya elektron poçt vasitəsilə ilə bunu edə bilirik. Lakin hər ikisində tətbiq olunan müəyyən məhdudiyyətlər bizi müəyyən çərçivəyə salır. Məsələn, WhatsApp şəkil və ya videoların keyfiyyətini daha aşağı salır ki, həcmi optimallaşdıra bilsin və ya videonun uzunluğuna məhdudiyyət tətbiq edir. Eyni zaman bir çox elektron poçt platformaları maskimum əlavə olunacaq faylın ölçüsünü 25 MB kimi müəyyənləşdirir. Bu halda bizə lazım olan isə alternativ, yəni aşağıda adını çəkdiyim xidmətlərdən istifadə etməkdir.

WeTransfer

Şirkətin təqdim etdiyi fayl göndərmə xidmətinin limiti 2 GB-dır. Yəni, istəsəniz 2 GB-lıq 10 fayl, istəsəniz isə 1 fayl göndərə bilərsiniz. Əsas məsələ budur ki, 1 fayl və ya faylların ümumi həcmi 2 GB limiti keçməsin. Fayllar serverdən 1 həftədən sonra silinir və bu müddət ərzində endirmək tələb olunur.

WeSendit

Eynilə WeTransfer kimi WeSendit platforması da 2 GB limit tətbiq edir. Paylaşımı isə həm e-poçt adresi ilə, həm də link ilə etmək mümkündür. Yəni, 2 GB-a qədər fayl(-lar) platformaya yükləndikdən sonra, yaradılan linki paylaşmaq kifayət edir. Linkin nə qədər aktiv olacağı barədə hər hansı bir məlumat əldə edə bilmədim.

pCloud Transfer

PCloud platorfmasının təklif etdiyi ödəniş transfer xidməti ilə maksimum 5 GB fayl paylaşmaq olar. Paylaşım etmək üçün isə qarşı tərəfin e-poçtunu bilmək kifayət edir.

tresorit send

Tresorit send xidməti ilə isə pCloud platformasında olduğu kimi maksimum 5 GB-a qədər fayl paylaşımı mümkündür. İstəyə bağlı olaraq paylaşılan linkə şifrə, linkin baxılmasına limit, link açılan zaman bildiriş də əldə etmək mümkündür.

SendTransfer

Digərlərindən fərqli olaraq SendTransfer ilə 10 GB-a qədər fayl paylaşmaq olar. Eyni zamanda paylaşılan linkləri 1-14 gün aralığında aktiv saxlamaq mümkündür. Yəni, istəsəniz həmin fayllarınız serverdə 1 gündən 14 günə kimi qala bilər.

transfernow

Transfernow ilə isə 4 Gb-a qədər paylaşım etmək olar. Faylları yükləyərkən alıcılar siyahısına isə maksimum 10 e-poçt adresi əlavə etmək mümkündür. Faylların serverdə saxlanılma müddəti isə 7 gündür.

Paylaşmaq istəyirəm